Qızılın qiyməti cüzi bahalaşaraq bir unsiya üçün 1650 dolları ötüb.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iclasının başa çatması ərəfəsində valyuta bazarında dollar mövqelərini itirməkdədir.
Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri olaraq 0,24 % və ya 3,95 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 653,65 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,3 % artaraq 1 unsiyası 19,247 ABŞ dolları təşkil edib.
Hazırda dollar digər əsas dünya valyutalarına nisbətən nəzərəçarpacaq dərəcədə ucuzlaşıb ki, bu da qızılın daha da bahalaşmasına kömək edə bilər.
DOĞRU.AZ