image-2000x150px
image-123
image-ads_atlas
image-15491289625913852104_1000x669-1backend

Qızılağac Milli Parkında 5500 metrdən çox sintetik tor aşkarlanıb

image-728x90px

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində mühafizə rejiminin pozulması faktı aşkar edilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda mühafizə rejimini pozan şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.

Keçirilən nəzarət tədbirləri zamanı ərazidən 5585 metr uzunluğunda sintetik tor yığışdırılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki