Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti sosial şəbəkə hesabında ABŞ bayrağının rənglərində Qrenlandiya xəritəsini “tezliklə” başlığı ilə paylaşıb. Sözügedən paylaşım beynəlxalq gündəmdə müzakirələrə səbəb olub.
Doğru.az xəbər verir ki, Danimarkanın Vaşinqtondakı səfiri Jesper Møller Sørensen məsələyə münasibət bildirərək qeyd edib ki, ABŞ və Danimarka Krallığı yaxın müttəfiqlərdir və bu əməkdaşlıq davam etdirilməlidir. Onun sözlərinə görə, ABŞ-ın təhlükəsizliyi eyni zamanda Qrenlandiya və Danimarkanın da təhlükəsizliyi deməkdir. Səfir əlavə edib ki, Qrenlandiya artıq NATO-nun bir hissəsidir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Venesuelanın vitse-prezidenti Rodrigezi hədələmişdi. Tramp eyni zamanda Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istədiyini də açıq şəkildə bəyan edib.
Bununla bağlı Danimarkanın Baş naziri Donald Trampı Qrenlandiyanı ilhaq etməklə hədələməməyə çağırıb.
DOĞRU.AZ




























