image-2000x150px
image-123
image-ads_atlas
image-nalwrc0rbackend

Qripdən tez sağalmağın YOLLARI

image-728x90px

Həkim anestezioloq-reanimatoloq qrip mövsümünün başladığını, artıq çoxunun burun axmasından və əzələ ağrılarından şikayətləndiyini bildirib.

Həkim bol maye qəbul etməklə yanaşı, digər mühüm tövsiyələr verib.

1. Suya limon şirəsi qatın ki, çoxlu içə biləsiz. Burnunuz tutulursa, mayeni daha da artırın. Əgər mayeni artırdıqdan sonra da burun tutulursa, demək kifayət qədər maye içməmisiniz, bir az da artırın ki, burundakı möhtəviyyat durulaşsın və onu uda biləsiz.

2. Burun tənəffüsünü bərpa edən dekongentsantlardan yalnız məcbur qaldıqda, təcili hallarda istifadə etmək olar, amma bilin ki, o damcıların çox istifadəsi sağalmanı gecikdirəcək. Əvəzinə duzlu su, ya da dəniz suyu burun damcılarından istifadə edə bilərsiniz.

3. Boğaz ağrısı varsa, ibuprofen, aspirin və ya parasetamolla ağrını kəsin, xlorheksidin qarqara ya xlorheksidin spray istifade edə bilərsiniz.

4. Toyuq şorbası, banan, əks göstəriş yoxdursa bal, limon, doşab, zoğal, moruq mürəbbəsi yaxşıdır.

5. Kalorisi yüksək qidalar (şiriniyyatı nəzərdə tutmuram) yeyin. Məsələn düyü, əriştə, xəngəl, düşbərə, meyvələr və s. Kökələcəyinizdən narahat olmayın, immun sisteminizə bol enerji lazımdır, əgər lazımı kalori alınmazsa sağalma gecikəcək.

6. Enerji demişkən, idmana-filana qətiyyən getmək olmaz. Orda Həm virusu yayırsınız, həm də enerji itkisi yolverilməzdir. Sizə istirahət lazımdır, əlbəttə ki, bütün günü uzanmağı nəzərdə tutmuram. Yüngül gəzinti çox faydalıdır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki