Dekabrın 2-si gecə saatlarından etibarən ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.
Doğru.az xəbər verir ki, Quba və Qusarın dağlıq ərazilərinə mövsümün ilk qarı yağıb.
Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərində müşahidə olunub. Qrızda qar örtüyünün hündürlüyü 2 santimetr, Xınalıqda isə 1 santimetr təşkil edir.
Qarın yağması ilə əlaqədar bölgədə hava kəskin soyuyub və temperatur mənfi 3 dərəcəyədək enib.
DOĞRU.AZ




























