image-2000x150px
image-123
image-ads_atlas
image-hagasddfbackend

Qudyalçay üzərində tikilən yeni körpünün istifadəyə veriləcəyi tarix məlum olub

image-728x90px

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü bu həftə istifadəyə veriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni avtomobil körpüsünün inşası yekunlaşıb.

Bu gündən başlayaraq körpünün avtomobil və piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrinə asfalt döşənəcək.

İş icraçısı Musayəddin Qurbanov bildirib ki, körpüdə piyadalar üçün nəzərdə tutulan hərəkət zolaqlarının kənarlarına məhəccərlərin quraşdırılması başa çatdırılıb.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov vurğulayıb ki, körpünün qarşıdakı günlərdə istifadəyə verilməsi nəzərdə tutulub:

“Tikinti ərazisində son tamamlama işləri görülür. Körpü asfaltlanır. Sonra sakinlərin istifadəsinə veriləcək. Bu həftə ərzində Qudyalçay üzərindəki körpünün açılışı nəzərdə tutulub”.

İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir. Körpü istifadəyə verildikdən sonra da mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam edəcək.

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yerləşən körpü sel sularının təsiri nəticəsində cari ilin sentyabr ayında dağılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki