image-ads_n1karobka_mobile
Qurban Qurbanov da orduya maddi yardım etdibackend

Qurban Qurbanov da orduya maddi yardım etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Dogru.az Qol.az-a istinadən xəbər verir ki, o, fonda 20 min manat köçürüb. Q.Qurbanovla yanaşı, Ağdam klubunun bəzi rəsmiləri də fonda maddi yardım edib.

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.

Qeyd edək ki, bundan əvvəl “Qarabağ”ın futbolçuları Maksim Medvedev və Qara Qarayevin hər biri fonda 10 min manat iadə etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki