Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, İnnovativ Tədqiqatlar Qrupunun rəhbəri Namiq Heydərov və qrupun proqramçı mühəndisi Mustafa Kazımov Göygöl rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbəri Mahir Hacıyevlə görüşüb.
Doğru.az xəbər verir ki, görüşdə institutlar arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbir çərçivəsində RPİ-nin İnnovativ Tədqiqatlar Qrupunda hazırlanan “Ağıllı heyvandarlıq” sistemi təqdim edilib və heyvanlara müasir texnologiyalar vasitəsilə nəzarət imkanları barədə fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ