image-2000x150px
image-123
image-ads_atlas
image-interpress_fc1a6c684799fa876afb7e0770fbe46f_aygmu3wopci2n01xkq8s-640x336backend

Rafiq Cəlilov milli komandanın üzvü Nərmin Ağayeva ilə görüşüb – FOTOLAR

image-728x90px

Böyük Britaniya və Sloveniyanı məğlub edərək qrupdan lider kimi çıxan Azərbaycan Boccia cütlüyü, yarım-final oyununda Türkiyə komandasına qalib gələrək final oyununa yüksəlib.

Doğru.Az xəbər verir ki, final oyununda Ukrayna ilə rəqabətə girən 6-5 hesabı ilə rəqib ölkəyə qalib gəliblər.

11 avqust 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov beynəlxalq yarışda yüksək nəticə qazanmış Azərbaycan Boccia milli komandasının üzvü Nərmin Ağayeva ilə görüşüb.

Rafiq Cəlilov görüşdə ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində böyük inkişafa nail olunduğunu diqqətə çatdırıb, bu sahədə görülən işləri sadalayıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyən icra başçısı bildirib ki, idmançılarımızın dünya, Avropa birinciliklərində, Olimpiya Oyunlarında, habelə beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələr məhz bu əvəzsiz qayğının parlaq nəticələridir.

Qazandıqları qələbə münasibətilə idmançını təbrik edən icra başçısı ona qarşıdakı yarışlarda yeni-yeni nailiyyətlər arzulayıb.

Nərmin Ağayeva ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki