image-ads_n1karobka_mobile
image-ed702bd1-ac21-47d9-a4ce-09a636e7dca4_850backend

Ramin Musayev vəzifəsindən istefa verdi

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev vəzifəsindən ayrılıb.

Bu barədə “Report”a “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov məlumat verib.

O, bu məqsədlə PFL-də klub rəhbərləri ilə iclasın keçirildiyini və şəxsi səbəblərdən toplantıya qatıla bilmədiyini vurğulayıb. Nəcəfov iclasda əyalət təmsilçisinin baş meneceri Nail Kərimovun iştirak etdiyini söyləyib.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-ə rəhbərlik edirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki