image-2000x150px
image-123
image-ads_atlas
image-mbappe-pic_32ratio_900x600-900x600-33033-1backend

“Real Madrid”dən Mbappeyə 130 milyon avroluq təklif

image-728x90px

“Real Madrid” mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Kilian Mbappeyə növbəti dəfə təklif göndərəcək.

“Kral klubu” fransalı hücumçuya ötənilki şərtlərini təqdim edəcək. Madrid təmsilçisi Mbappeyə 130 milyon avro imza pulu, illik 26 milyon avro maaş verməyə hazırdır.

“Real” rəsmiləri 25 yaşlı forvardla yanvar ayında görüşəcəklər. Futbolçu şərtləri qəbul etsə, yayda İspaniya klubuna keçəcək.

Xatırladaq ki, PSJ Kilian Mbappeni 2017-ci ilin yayında “Monako”dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 21 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Marca

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki