image-2000x150px
image-123
image-ads_atlas
image-futbackend

“Real” müqaviləsi başa çatacaq Benzemaya alternativ tapdı

image-728x90px

“Real” mövsümün sonunda müqavilə müddəti başa çatacaq Kərim Benzema ilə yeni sözləşmə danışıqlarına başlamayıb. Fransalı futbolçu özü isə artıq PSJ və “Mançester Yunayted”lə ilkin təmaslar qurub.

Madrid klubu 35 yaşlı forvarda alternativ axtarışına başlayıb. “Real”ın hədəfində “Yuventus”un hücumçusu Duşan Vlahoviçdir. Klub prezidenti Florentino Peres serbiyalı ilə ilk danışığı həyata keçirib. 23 yaşlı oyunçu ona ayrılmaq qərarı verəcəyi təqdirdə seçiminin “Real” olacağını bildirib.

Benzema komandada qalsa belə, “kral klubu” yeni hücumçu transfer etməyi düşünür. Buna fransalının tez-tez zədələnməsi və artıq yaşının çox olması səbəb göstərilib.

Keçən ilin əvvəlində “Fiorentina”dan “Yuventus”a keçən Vlahoviç Turin klubunun heyətində bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki