Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu hesab edir ki, komandanın portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun azarkeşlərə qarşı ədəbsiz jestini əks etdirən video çəkiliş süni intellekt (AI) vasitəsilə hazırlanıb.
Bu barədə “Goal” xəbər verir.
39 yaşlı forvardla insident Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun “Əl-Şəbab”la oyunundan sonra baş verib. Qarşılaşma başa çatdıqdan sonra rəqib komandanın azarkeşləri tribunalarda “Messi, Messi!” şüarları səsləndirməyə başlayıblar. Buna cavab olaraq portuqaliyalı əvvəlcə ovucunu onun qulağına aparıb, sonra isə əli ilə qasıq yanında təxribat xarakterli jest göstərib.
Al Riyadhiah xəbər verir ki, Ronaldo Messi azarkeşlərinə qarşı nalayiq jest etdiyinə görə cərimə və iki oyunluq diskvalifikasiya ilə üzləşə bilər.
Mənbə: NTV Spor