image-2000x150px
image-318013614_1077904236205687_3358385703748574520_nbackend

Ronaldu millidən gedir – FOTO

image-728x90px

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu baş məşqçi Fernando Santuşa millini tərk edə biləcəyini deyib.

Mənbənin sözlərinə görə, Ronaldu bu addımı Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreya ilə oyunda (1:2) əvəzləndikdən sonra düşünüb.

Həmin vaxt 37 yaşlı hücumçu baş məşqçinin qərarından narazı qalaraq Santuşun üstünə qışqıraraq demişdi: “Sən məni əvəz etməyə çox tələsirsən!”

Xatırladaq ki, həmin matçda Ronaldu 65-ci dəqiqədə əvəzlənib.

1/8 final mərhələsinin İsveçrə millisi ilə görüşündə (6:1) Ronaldu Portuqaliya yığmasının start heyətinə daxil olmayıb, yalnız 73-cü dəqiqədə hesab 5:1 olanda meydana əvəzlənmə ilə çıxıb.

Ronaldu Portuqaliyanın Qətərdə keçirdiyi dörd matçın hamısında iştirak edib, bir qol vurub.

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ