Rostov Atom Elektrik Stansiyası (AES) normal rejimdə işləməyə davam edir.
Doğru.az xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti Volqodonskda Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumunun dəf edilməsi fonunda açıqlama yayıb.
Məlumata görə, stansiyanın dörd enerji blokunun hamısı dispetçer yükü cədvəlinə uyğun şəkildə fəaliyyət göstərir.
Qeyd edək ki, Rostov vilayətində, o cümlədən Volqodonsk şəhərində Ukrayna Silahlı Qüvvələrinin PUA-larla hücumu dəf edilib. Bu barədə regionun qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusar məlumat verib.
DOĞRU.AZ