image-n1karobka_ads
image-123
image-1599074871_yangin-mesebackend

Rostov vilayətində meşə yanğını 50 hektara çatıb

image-ad_qayo_720x110px

Rusiya Federasiyasının Rostov vilayətində meşə yanğını sürətlə yayılmaqda davam edir.

Doğru.az xəbər verir ki, Martınovski meşə təsərrüfatında başlayan yanğın artıq 50 hektar ərazini əhatə edir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı TASS-a açıqlamasında bildirib ki, yanğın ilkin mərhələdə 30 hektarlıq sahədə qeydə alınıb. Lakin Moskva vaxtı ilə saat 20:20-yə olan məlumata əsasən, yanğın 50 hektara qədər genişlənib.

Qeyd edək ki, daha əvvəl SHOT Telegram kanalı Rostov vilayətində genişmiqyaslı landşaft yanğınının baş verdiyini yazmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki