Rostov vilayətinin Tsimlyanski rayonunda neft bazasında PUA-nın hücumu nəticəsində yanğın baş verib.
Bu barədə vilayət qubernatoru Vasili Qolubev məlumat verib.
Onun sözlərinə görə, yanğına 3-cü dərəcə verilib, yanğınsöndürmə briqadaları hadisə yerində işləyir, 49 nəfər və 14 texnika cəlb olunub.
İlkin məlumata görə, ölən və yaralanan yoxdur.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində 4 yaşayış məntəqəsinə hücum edib.
Həmçinin Donetskdə Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 3 mülki şəxs yaralanıb.
DOĞRU.AZ