image-2000x150px
image-123
image-ads_atlas
image-rauf-eliyev-rovneqbackend

  Rövnəq Abdullayevin kürəkəninin şirkəti bir az da böyüdü – Təfərrüat

image-728x90px

“Trust Holding” MMC (VÖEN -1602326211) “T VİSİON” MMC (VÖEN -1702011691) və “T AGRİCULTURE” MMC-nin (VÖEN – 1701959591) ona qoşulması nəticəsində yenidən təşkil olunur.
Yeniavaz.com xəbər verir ki, təxminən bir ay əvvəl daha 3 şirkət – “AR CONSTRUCTİON” MMC (VÖEN -1402830021), “Z KOMMERS” MMC (VÖEN -1402886831) və “AS BUILDING” MMC də (VÖEN -1402886701) ləğv olunaraq “Trust Holding” MMC-yə qoşulduqlarını elan ediblər.
Məlumat üçün bildirək ki, “Trust Holding” MMC-nin qanuni təmsilçisi Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.
Onu da bildirək ki, 1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 41%-i Rauf Əliyevə məxsusdur.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir. Bunlardan başqa Rauf Əliyev “Faza” Mənzil Tikinti Kooperativinin (VÖEN – 1402894241) və “Black Sapphire” MMC-lərin də (VÖEN – 1403649271)) qanuni təmsilçisidir.
“Trust Holding” MMC-yə qoşulan şirkətlərə daha əvvəl Rövnəq Abdullayevin övladları rəhbərlik edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki