ABŞ-da siyasi dairələrdə maraqlı iddia gündəmə gəlib.
Doğru.az xəbər verir ki, Donald Trump-ın yaxın müttəfiqləri dövlət katibi Marco Rubio-nu 2028-ci il prezident seçkilərində ciddi namizəd kimi görməyə başlayıblar.
Bu barədə Politico məlumat yayıb. Müşahidəçilərin fikrincə, Rubionun Trampa sadiqliyi və böyük qalmaqallardan uzaq qalması onun siyasi mövqeyini gücləndirir.
Ağ Ev mənbələri təcrübəli siyasətçini mümkün varis kimi uyğun seçim hesab edir və Rubionun yaxın çevrəsi onun getdikcə daha ciddi iddiaçıya çevrildiyini bildirir.
DOĞRU.AZ

























