Rusiyanın energetika naziri Sergey Tsivilev Əfqanıstanın su ehtiyatları və energetika naziri Əbdül Lətif Mənsurla görüşdən sonra kiçik su elektrik stansiyalarının tikintisinə razılıq verib.
Doğru.az xəbər verir ki, departamentin məlumatında bildirilir: “Görüş zamanı elektroenergetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə kiçik su elektrik stansiyalarının tikintisi müzakirə edilib.”
Qeyd olunur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Əfqanıstanın xarici işlər naziri daha əvvəl enerji layihələri üzərində əməkdaşlıq niyyətlərini açıqlamışdılar.
DOĞRU.AZ