Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, artıq 20 ölkədən 159 xarici iştirakçı SWIFT-in Rusiya analoquna qoşulub.
Nabiullina xatırladıb ki, Rusiya Bankında Maliyyə Mesajlarının Ötürülməsi Sistemi (SPFS) var. O qeyd edib ki, bəzi başqa ölkələrdə də oxşar infrastruktur mövcuddur.
“Biz bu cür platformaların qarşılıqlı əlaqəsini müzakirə edirik, lakin burada tərəfdaşlarımızın marağı və texniki hazırlığı vacibdir” dedi Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri.
Sentyabrda Rusiyanın maliyyə naziri Anton Siluanov BRİKS çərçivəsində SWIFT-ə alternativin yaradılmasının müzakirə olunacağını bildirmişdi.
Mənbə: Gazeta.ru