image-ads_n1karobka_mobile
image-69ba2c1eae5ac96146608306backend

Rusiya Hava Hücumundan Müdafiə qüvvələri Ukrayna dronlarını məhv etdi

image-add-a-heading

Rusiyanin Hava Hücumundan Müdafiə qüvvələri bir gecə ərzində ölkə əraziləri üzərində 85 Ukrayna Silahlı Qüvvələri dronunu məhv edib.

Doğru.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dronların vurulma bölgələri belədir: Krasnodar diyarı – 42, Qara dəniz – 13, Azov dənizi – 6, Bryansk vilayəti və Krım Respublikası – hər biri 5, Adıgey Respublikası – 4, Leninqrad vilayəti – 3, Voronej və Həştərxan vilayəti – hər biri 2, Kaluga, Smolensk vilayəti və Stavropol diyarı – hər biri 1 dron vurulub.

Xatırladaq ki, Veniamin Kondratyev daha əvvəl Ukrayna dronlarının Krasnodardakı çoxmənzilli binalara hücum etdiyini və nəticədə bir nəfərin öldüyünü bildirmişdi.

Daha sonra məlum olub ki, dron qalıqları Krasnodarda bir tibb mərkəzinin damına və elektrik xətlərinə zərər verib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki