2023-cü ilin sonunda Rusiya İran iqtisadiyyatına xarici investisiyaların həcminə görə lider olub.
Bu barədə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov RİA Novosti-yə müsahibəsində danışıb.
“Rusiyanın enerji şirkətləri İran bazarında uğurla fəaliyyət göstərir… Bu, bizim münasibətlərimizin real səviyyəsinin dəqiq göstəricisidir”, – deyə rusiyalı diplomat bildirib.
Bir il əvvəl Rusiya da İslam Respublikası iqtisadiyyatının əsas xarici investorlarından biri kimi tanınıb.