image-2000x150px
image-123
image-ads_atlas
image-318743875_4227154180741731_1513296118466604879_nbackend

Rusiya klubu Kadi üçün “Qarabağ”a nə qədər ödəyəcək? – FOTO/VİDEO

image-728x90px

Rusiyanın “Krasnodar” və “Qarabağ” klubları Kadi Borgesin transferi ilə bağlı razılığa gəliblər. Yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.

DOĞRU.AZ-ın məlumatına görə, Rusiya klubu Kadinin keçidi üçün təmsilçimizə iki milyon avro ödəyib.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da çıxış edib.

Kadi Yuri Borges Malinovski 1996-cı ildə Braziliyanın Kuritiba şəhərində anadan olub, futbolçu karyerasına da elə orada başlayıb. 2019-cu ildə o, Portuqaliyaya köçüb, burada da yerli “Eştoril” və “Vilafrankense” komandalarında oynayıb.

2021-ci ildə Kadi “Qarabağ” klubuna keçib. İl yarım ərzində futbolçu 4-ü Çempionlar Liqasının 2022/23-cü il mövsümünün təsnifat mərhələsində (“Lex”ə qarşı dubl, “Sürix”ə qarşı iki matçda qol) və 3-ü 2021/22 Konfrans Liqasında (“Omonia” ilə oyunda dubl, “Marsel”ə qarşı qol) olmaqla 28 qol vurub. Bundan əlavə, Polşa əsilli braziliyalı yarımmüdafiəçinin 2022/23-cü illər mövsümündə Avropa Liqasında “Nant” və “Olimpiakos” üzərində qazanılan qələbələrdə də daxil olmaqla 20-dən çox məhsuldar ötürməsi var.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki