image-2000x150px
image-123
image-ads_atlas
image-upload-20180918_gaf_u40_770-pic_32ratio_900x600-900x600-33623backend

Rusiya səfirliyi Finlandiyada daşınmaz əmlak vergisi ödəyib

image-728x90px

Rusiya Federasiyasının səfirliyi Helsinkidəki Rusiya Elm və Mədəniyyət Mərkəzinin daşınmaz əmlak vergisini ödəyib.

Bu barədə RBC Rusiya Xarici İşlər Nazirliyinə istinadən yazır.

Nəşrin məlumatına görə, verginin ödənilməsinə icazəni Rusiya səfirliyi rəsmi olaraq Finlandiya Xarici İşlər Nazirliyindən alıb. Avqustun 23-dən etibarən 20.000 avro vergi ödənilib.

Qeyd olunur ki, mart ayında mərkəz sanksiyaların aradan qaldırılması üçün müraciət edib. İyun ayında Finlandiya Xarici İşlər Nazirliyi məhdudiyyətləri yumşaltmaq qərarına gəlib və bu, Avropa İttifaqı tərəfindən də dəstəklənib.

Bundan əvvəl Finlandiyanın Turku şəhərinin hakimiyyət orqanları Rusiya Federasiyasının Baş Konsulluğuna Kakskerra adasındakı kottecdən istifadə etməyi qadağan etmişdi. Bu barədə şəhər meri Minna Arve məlumat verib. İyun ayında Finlandiya Xarici İşlər Nazirliyi RF-nin müvəqqəti işlər vəkilinə Helsinkidəki səfirliyin 9 əməkdaşının ölkədən çıxarılması barədə məlumat verib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki