image-n1karobka_ads
image-123
image-66864df2ae5ac91ab81b1ca3backend

Rusiya Türkiyədən sitrus meyvələrinin idxalını iki dəfə azaldıb

May ayında Rusiya Türkiyədən sitrus meyvələrinin idxalını ötən illə müqayisədə iki dəfə azaldıb.

Bu məlumatı RİA Novosti yayıb.

“Ümumilikdə, bu ilin may ayında ölkə Türkiyədən 5,6 min ton portağal, naringi, qreypfrut və limon alıb ki, bu da onların həcmini yarıya endirib”, – məlumatda deyilir. 

Qeyd olunur ki, portağal idxalı illik ifadədə 14 dəfə azalaraq 77 tona düşüb. 

Həmçinin naringi idxalı 6,5 dəfə, limonun idxalı isə 3 dəfə azalıb. RİA Novosti-nin məlumatına görə, yeganə müsbət tendensiya yalnız qreypfrut tədarükünün həcmində qeyd olunur ki, bu da altı dəfə – 2,9 min tona qədər artıb.

Bundan əvvəl bildirilmişdi ki, Pakistan Rusiya ilə ticarət əlaqələrini barter şərtləri ilə genişləndirmək niyyətindədir. 

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki