Apple iPhone 16 Plus smartfonunun qiyməti iki ay yarım ərzində 10% ucuzlaşıb. Satışın başlanğıcında qiyməti 135 min rubl olan cihazı 82-85 min rubla almaq olar.
Bu barədə “Hi-Tech Mail.ru” nəşri məlumat yayıb. Qeyd olunur ki, söhbət 128 GB yaddaşa malik iPhone 16 Plus-dan gedir.
Nəşrin məlumatına görə, 2024-cü ilin noyabrında modelin qiyməti təxminən 100 min rubl olub, fevralın əvvəlində isə 91 min rubla düşüb.
“İndiki qiymətlə müqayisədə bu rəqəm iki ay yarım ərzində demək olar ki, 10% azalıb”, – nəşr yazır.
Aprelin əvvəlində yeni iPhone 16-nın Rusiyada qiymətinin rekord həddə – 65 min rubla düşdüyü bildirilmişdi.
DOĞRU.AZ