image-n1karobka_ads
image-123
image-6873949b02e8bd68fe2202d2backend

Rusiyadan şokolad idxalında Qazaxıstan, Azərbaycan və Özbəkistan liderdir

image-ad_qayo_720x110px

2025-ci ilin ilk dörd ayında Rusiya şokoladının ən çox alıcıları Qazaxıstan, Azərbaycan və Özbəkistan olub.

Doğru.az xəbər verir ki, ticarət statistikasına və BMT-nin Comtrade platformasına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Rusiya ən azı 170,7 milyon dollar dəyərində şokolad ixrac edib.

Alış həcminə görə Qazaxıstan birinci yerdədir — 78,3 milyon dollar. Ondan sonra Azərbaycan (23,4 milyon dollar), Özbəkistan (21,4 milyon dollar), Qırğızıstan (14,7 milyon dollar) və Gürcüstan (8 milyon dollar) gəlir.

İlk onluğa Çin (7,4 milyon dollar), Ermənistan (5,7 milyon dollar), Serbiya (3 milyon dollar), Moldova (2,4 milyon dollar) və Almaniya (2,1 milyon dollar) daxildir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki