Bloomberg Milyarderlər İndeksinin (BBI) yeni reytinqinə əsasən, 2023-cü ilin əvvəlindən ən zəngin rusiyalı milyarderlərin ümumi sərvəti 16,35 milyard dollar artıb.
İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhm qiyməti əsasında hesablanır.
Ümumilikdə, BBI reytinqi planetin 500 ən varlı adamıdır, onlardan 22 nəfəri Rusiya vətəndaşıdır. Mayın 1-nə onların ümumi sərvəti 279,88 milyard dollar təşkil edir.
“Lukoyl” neft-qaz şirkətinin ortaq sahibi Vahid Ələkbərov 2023-cü ildə digərlərindən daha çox varlanıb. Onun sərvəti 3,7 milyard dollar artaraq 19,1 milyard dollara çatıb.
Mənbə: Lenta.ru
Doğru.az