image-2000x150px
image-123
image-ads_atlas
image-rian_2777347-hr-pic_32ratio_1200x800-1200x800-63874backend

Rusiyalı milyarderlər Avropadan 50 milyard dollarlıq aktivlərini çıxarıblar

image-728x90px

Son bir il yarım ərzində rusiyalı milyarderlər Avropadan Rusiyaya və onun dost ölkələrinə ümumilikdə 50 milyard dollara yaxın aktiv köçürüblər. Bu, Qərbin sanksiya təzyiqi və Kremlin kapitalın repatriasiyası tələbləri ilə bağlıdır.

Bu barədə Bloomberg məlumat yayıb.

Ötən ay milyarderlər İqor Şilov və Mark Kurtserin nəzarətində olan United Medical Group CY Plc və MD Medical Group Investments şirkətlərinin səhmdarları şirkətlərin Kiprdən Rusiyaya transferini təsdiqləyiblər. Bloomberg məlumatlarına görə, bu, 2022-ci ilin fevral ayından bəri Rusiyanın ən zənginləri tərəfindən repatriasiya edilən aktivlərin ümumi dəyərini ən azı 50 milyard dollara çatdırmağa kömək edəcək.

Kreml oliqarxlara təzyiq göstərir, “dost olmayan” ölkələrdən kapitalın qaytarılmasını tələb edir. Rusiya xaricə dividendlərin çıxarılmasını və aktivlərin satışını çətinləşdirib. Nəşr yazır ki, avqustda Vladimir Putin Rusiya şirkətlərinə xarici yurisdiksiyalar vasitəsilə nəzarət mexanizminin yaradılmasına göstəriş verib.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki