image-n1karobka_ads
image-123
image-fotojet-2022-09-15t181542-071backend

Rüşvət iddiası ilə bağlı şəhidin qardaşı nə danışdı? – YENİLƏNİB + VİDEO

image-ad_qayo_720x110px

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov rüşvət istənilməsi iddiaları ilə bağlı açıqlama verib.

Baku TV-yə açıqlama verən Səbuhi Əhmədov bildirib ki, müdafiə nazirliyindən, sözügedən pulu alan şəxlərin tapılacağı deyilib.

Qeyd edək ki, sosial şəbəkələrdə şəhidin qardaşını “Komando” bölüyünə götürmək üçün 6 000 manat rüşvət istənilməsi barədə iddialar yayılıb. Bu gün Müdafiə Nazirliyində şəhidin qarşı ilə görüş keçirilib.

Daha ətraflı süjetdə:

11:57

Sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşını “Komando” bölüyünə götürmək üçün 6000 manat rüşvət istənilməsi barədə iddialar yayılıb.

Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki