image-n1karobka_ads
image-b96fc7d6af4f31c74ab59a6c2a99d2e6backend

Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə

Bu gün səhər saat 10:00-dan başlayaraq “Xaldan Əhali” ölçü qovşağından Yevlax rayonu ərazisində yerləşən 21 kəndin mavi yanacaqla təminatında fasilə yaranması nəzərdə tutulur.

Doğru.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, məhdudiyyət ümumilikdə 5 806 əhali və 38 qeyri-əhali kateqoriyasına aid abonenti əhatə edəcək.

Qeyd edilib ki, qaz təchizatının müvəqqəti dayandırılması qaz ölçü qovşağında mövcud olan baypas xəttində aparılacaq təmir işləri ilə əlaqəlidir.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki