image-2000x150px
image-123
image-ads_atlas
image-azedu-az_1691406896_424412474_0_144_3127_1903_1920x0_80_0_0_06546d5c53d4779bf03ebceba39af9eb_201backend

Sabah 39 dərəcə isti olacaq

image-728x90px

Ölkə ərazisində iyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 32-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 45-55% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki