image-n1karobka_ads
image-123
image-97713backend

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

image-ad_qayo_720x110px

Azərbaycanda oktyabrın 2-nə gözlənilən hava şəraiti açıqlanıb.

Doğru.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Gecə 14-16, gündüz 18-21 dərəcə isti olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış, şimşək, leysan xarakterli intensiv yağış və dolu, dağlıq ərazilərdə isə qar gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 13-16, gündüz 17-21, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki