image-2000x150px
image-123
image-ads_atlas
image-images-1backend

Sabah Bakıya qar yağacaq – PROQNOZ

image-728x90px

Azərbaycanda fevralın 9-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən   verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz bir dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki