Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti oktyabrın 22-nə gözlənilən hava şəraiti barədə məlumat yayıb.
Doğru.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək, səhər cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 13–15, gündüz 17–20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan və dolu gözlənilir, yüksək dağlıq ərazilərdə isə qar ehtimalı var. Mülayim şərq küləyi əsəcək, hava gecə 10–14, gündüz 18–22 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikasında arabir yağış, şimşək və leysan müşahidə ediləcək, gündüz yağıntıların kəsiləcəyi gözlənilir. Temperatur gecə 6–11, gündüz 19–24 dərəcə isti olacaq.
Şuşa, Xankəndi və ətraf rayonlarda, həmçinin Şərqi Zəngəzurda arabir yağış, şimşək və duman müşahidə ediləcək, dağlıq ərazilərdə hava 4–8 dərəcə isti olacaq.
Gəncə-Qazax bölgəsində və Aran rayonlarında da arabir yağıntılar gözlənilir, səhər duman müşahidə ediləcək. Havanın temperaturu 17–22 dərəcə isti olacaq.
Cənub bölgəsində (Masallı, Lənkəran, Astara və s.) isə arabir leysan yağışları, şimşək və dolu ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək, hava gecə 13–15, gündüz 17–21 dərəcə isti olacaq.
DOĞRU.AZ