image-n1karobka_ads
image-123
image-2023_11_01_14804_3backend

Sabah bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq

Azərbaycanda sentyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-19°, gündüz 22-26° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək – 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-27° isti, dağlarda gecə 5-9°, gündüz 10-15° isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki