image-n1karobka_ads
image-123
image-havabackend

Sabah hava əsasən yağmursuz keçəcək

image-ad_qayo_720x110px

Azərbaycanda dekabrın 19-da gözlənilən hava şəraiti barədə məlumat verilib.

Doğru.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər saatlarından etibarən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 2–5 dərəcə isti, gündüz 7–10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 773 millimetr civə sütunu, nisbi rütubət isə gecə saatlarında 70–75, gündüz 60–65 faiz təşkil edəcək.

Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə arabir duman müşahidə olunacaq, şərq küləyi əsəcək.

Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7–10 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 7–10, yüksək dağlıq ərazilərdə isə 10–13 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki