image-2000x150px
image-123
image-ads_atlas
image-1534931041906037645_1200x630backend

Sabah ölkə ərazisində qısamüddətli yağış yağacağı gözlənilir

image-728x90px

Azərbaycanda iyulun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq.

Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba 25-26° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxovda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz ayrı-ayrı yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək, gecə və səhər arabir duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, bəzi yerlərdə 28-30° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-21° isti, bəzi yerlərdə 28° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək, gecə və səhər arabir duman olacaq.

Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək, gecə və səhər arabir duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Ağdaş, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 19-22° isti, gündüz 23-28° isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki