image-n1karobka_ads
image-123
image-1735898642_hava-yagisbackend

Sabah səhər yağıntılar tədricən kəsiləcək

image-ad_qayo_720x110px

Azərbaycanda dekabrın 11-nə gözlənilən hava şəraiti məlum olub.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə saatlarında yarımadanın ayrı-ayrı ərazilərində yağışın leysan xarakterli olacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 70-75 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı hava gözlənilir, dağlıq ərazilərdə qar yağacaq. Ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı ehtimal var. Səhər saatlarında yağıntılar tədricən səngiyəcək. Gün ərzində əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, yerlər üzrə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək.

Temperatur gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki