Azərbaycanda noyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 70-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı bildirilir.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 15-20 dərəcə isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 15-20 dərəcə isti müşahidə ediləcək.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 18-22 dərəcə isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-21 dərəcə isti müşahidə ediləcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 17-21, dağlarda gecə 5-9, gündüz 15-18 dərəcə isti gözlənilir.
DOĞRU.AZ




























