image-2000x150px
image-123
image-ads_atlas
image-havaaabackend

Sabahın hava proqnozu açıqlanıb

image-728x90px

Azərbaycanda martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin havanın gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki