image-n1karobka_ads
image-123
image-dbe9ad04a72df05a126df0a3d3f6d1a4backend

Şabranda 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb – FOTO

image-ad_qayo_720x110px

Şabranda 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib. Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər.

Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki