image-2000x150px
image-123
image-ads_atlas
image-1623839893_img-20210616-wa0037backend

Şabranda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıblar – FOTO

image-728x90px

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri İslam Şeydayev və Vaqif Xudaverdiyevi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin meşə zolağında əkib yetişdirdiyi 30 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

DOĞRU.AZ

image-img-20220705-wa0011

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki