image-ads_n1karobka_mobile
image-nocomment_3e23225d634200b3720ef27e59f99153_38fvwy5lu24a7z6qkh0mbackend

Sabunçu keçidi bağlandı – VİDEO

image-add-a-heading

Paytaxt Bakıda müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə ciddi fəsadlara və subasmalara səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, güclü yağış nəticəsində şəhərin bir sıra küçə və prospektləri su altında qalıb.

Xüsusilə hər il bənzər mənzərənin yaşandığı Sabunçu keçidində (tunelində) növbəti dəfə subasma hadisəsi qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar tuneldə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.

Bundan başqa, Binə, Ramana və Sulutəpə qəsəbələrində də yağıntının miqdarının çox olması səbəbindən həyətyanı sahələri və yolları su basıb. Hazırda bəzi ərazilərdə hərəkətin çətinləşdiyi və nəqliyyatda sıxlıqların yarandığı bildirilir.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında analoji hava şəraiti zamanı Sabunçu keçidində iki nəfər boğularaq həlak olmuşdu./“Real TV/

Daha ətraflı videomaterialda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki