image-n1karobka_ads
image-123
image-17604434736314331348_1200x630backend

Sadələşdirilmiş vergi bəyannamələri üçün “prefiling” sistemi istifadəyə verilib

image-ad_qayo_720x110px

Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində növbəti addım atılıb. 2025-ci il oktyabrın 1-dən Dövlət Vergi Xidməti (DVX) “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemini istifadəyə verib.

Doğru.az xəbər verir ki, yeni sistem sadələşdirilmiş vergi ödəyiciləri üçün bəyannamənin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və ödəyicinin təsdiq etməsini təmin edir. Vergi ödəyiciləri elektron kabinet vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər.

“Prefiling” sistemi inzibatçılıq yükünü azaldır, vergi ödəyicilərinin vaxtına qənaət edir, məlumatların düzgünlüyünü artırır və hesabatlılıq prosesini sadələşdirir. Sistem bəyannamələrin daha operativ və dəqiq tərtib edilməsinə, səhvlərin azalmasına və əlavə yazışmaların qarşısının alınmasına imkan yaradır.

Xidmətin tətbiqi sadələşdirilmiş vergi bəyannamələri üzrə islahatların davamı kimi qiymətləndirilir. Yaxın gələcəkdə DVX digər bəyannamələr üçün də “prefiling” sistemini tətbiq etməyi planlaşdırır.

Qeyd olunur ki, bu təşəbbüs Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin 2025-ci il üzrə “Yol xəritəsi”ndə mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş bəyannamələr sisteminə keçidin təmin olunması mühüm komponentlərdən biri kimi nəzərdə tutulub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki