image-n1karobka_ads
image-123
image-1730444542_1backend

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Noyabrın 1-dən II-XI sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Eyni zamanda, müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər noyabrın 1-dən dekabrın 1-dək ümumi təhsil müəssisələrinə qəbul üçün “sy.edu.az” vasitəsilə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə noyabrın 25-i saat 11:00-dan etibarən aktiv ediləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki