image-n1karobka_ads
image-123
Şagirdlərin elektron yerdəyişməsinə başlanılırbackend

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

20 fevral saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.

Doğru.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 20 fevral 2024-cü il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də 1 mart 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki