image-n1karobka_ads
image-123
image-img-20251219-wa0011backend

Şahdağda qış mövsümünə start verildi – FOTO

image-ad_qayo_720x110px

Azərbaycanda qış turizmi rəsmi olaraq başlayıb. 18–19 dekabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinə təşkil olunan iki günlük mediatur qış mövsümünün açılışına dair açıq mesaj olub.

Doğru.az xəbər verir ki, mediaturun məqsədi yalnız mövsümün başlanğıcını elan etmək deyil, eyni zamanda Azərbaycanın qış turizmi potensialını, “Şahdağ” Turizm Mərkəzində görülən işləri, yenilənən infrastruktur və qonaqlar üçün yaradılan yeni imkanları yerində nümayiş etdirmək olub. Media nümayəndələri mərkəzdə aparılan yenidənqurma işləri və yeniliklərlə yaxından tanış olublar.

Tədbir çərçivəsində “Şahdağ” Turizm Mərkəzinin 2025-ci il üzrə fəaliyyətinə dair video-təqdimat nümayiş etdirilib. Təqdimatda görülən işlər və qarşıdakı planlar diqqətə çatdırılıb. “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bildirib ki, 2025-ci ilin 1 yanvar – 15 dekabr tarixləri ərzində mərkəzə 300 mindən çox ziyarətçi gəlib. Onun sözlərinə görə, bu göstərici Şahdağın artıq regional turizm brendinə çevrildiyini təsdiqləyir.

Sədr qeyd edib ki, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində mövsümün sonunadək 2 yeni lift bazasının və 76 qar generatorunun quraşdırılması, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşası, 150 min kubmetrlik su anbarının tikintisi və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsi planlaşdırılır.

Rüstəm Nəcəfov vurğulayıb ki, son illərdə “Şahdağ” yalnız istirahət mərkəzi deyil, həm də yerli və beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu idman platformasına çevrilib. Bu məqsədlə kompleksdə 500 nəfərlik FİS standartlarına uyğun stadion inşa olunub. Bildirilib ki, 2026-cı ilin qış mövsümündə “Şahdağ” Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, həmçinin “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək.

Mediatur çərçivəsində media nümayəndələri xizək və snoubord avadanlıqları, kanat yolları, qış atraksionları və əyləncələr, eləcə də ilboyu xizək sürmək imkanı verən xüsusi simulyatorlarla tanış olublar.

Qeyd edək ki, bu günə qədər “Şahdağ”da həyata keçirilən layihələr nəticəsində kanat xətlərinin sayı 15-ə, yamacların sayı 37-yə, ümumi uzunluğu isə 45 kilometrə çatdırılıb. Qar təminatı üçün 600 qar generatoru quraşdırılıb, açıq və qapalı əyləncə məkanlarının sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə yüksəlib.

Beləliklə, Şahdağ 2025-ci il qış mövsümünə tam hazır vəziyyətdə start verib və yerli, eləcə də xarici turistləri qəbul etməyə başlayıb.

DOĞRU.AZ

image-img-20251219-wa0001 image-img-20251219-wa0002 image-img-20251219-wa0004 image-img-20251219-wa0005 image-img-20251219-wa0006 image-img-20251219-wa0009 image-img-20251219-wa0010 image-img-20251219-wa0011 image-img-20251219-wa0012 image-img-20251219-wa0013 image-img-20251219-wa0014 image-img-20251219-wa0015 image-img-20251219-wa0016 image-img-20251219-wa0017 image-img-20251219-wa0020 image-img-20251219-wa0023 image-img-20251219-wa0025 image-img-20251219-wa0024 image-img-20251219-wa0027 image-img-20251219-wa0028 image-img-20251219-wa0030 image-img-20251219-wa0031 image-img-20251219-wa0033 image-img-20251219-wa0032

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki