image-ads_n1karobka_mobile
image-0eb48209b1572c8570d83be1e6df6580backend

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Salyan rayonunda təşkil olunacaq. Aksiya Salyan rayonu, Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” sentyabrın 14-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki